BAKI,TurkicWorld
Fransa regionda və ümumilikdə Avropada Rusiyanın qarşısını almaq məqsədilə Finlandiyaya nüvə silahı verə bilər.
TurkicWorld xəbər verir ki, bu barədə "The National Interest" nəşri yazır.
Martın əvvəlində Fransa prezidenti Emmanuel Makron Avropanın qalan hissəsinin Fransanın "nüvə çətiri" ilə qorunmasını təklif edib. İlkin müzakirələrdə Finlandiya ilə birlikdə NATO-ya qoşulan İsveç də daxil olmaqla səkkiz ölkə iştirak edir.
KİV qeyd edir ki, Finlandiya hökuməti müvafiq düzəlişi qəbul edərsə, ölkə öz ərazisində Fransa nüvə silahını yerləşdirə biləcək.
Xatırladaq ki, bir müddət əvvəl Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen "müdafiə ilə bağlı" vəziyyətlərdə nüvə silahının ölkəyə gətirilməsinə, daşınmasına, çatdırılmasına və saxlanmasına icazə verilməsinin hökumət tərəfindən təklif edildiyini bildirmişdi.