AZ

Xorxe Kaskilya: “Sabah” səhvlərimizdən yaxşı istifadə etdi” – ARENA.AZ

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşü “İmişli”nin 0:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun barədə deyiləsi çox söz yoxdur. Matça yaxşı başlamadıq. Edvin Banqeranın ilk dəqiqələrdə zədələnməsi komandanın əhval-ruhiyyəsinə pis təsir etdi. Birinci qolu standart vəziyyətdən buraxdıq. Müdafiənin səhvinə görə qapımıza penalti təyin olundu. Bundan sonra toparlanmaq çətin idi. “Sabah” çempionatın lideridir. Bundan əvvəlki matçda “Qəbələ”yə böyük hesabla qalib gəlmişdilər. Bizim səhvlərimizdən yaxşı istifadə etdilər. Öz səhvlərimizin ucbatından çox qol buraxdıq. Rəqibi təbrik edirəm. Daha keyfiyyətli oyun göstərdilər. Biz isə qarşıdakı “Neftçi” ilə matçı düşünməliyik. Komandanın psixoloji durumunu düzəltməyə çalışacağıq.

Biz hər oyunda meydana qalib gəlmək üçün çıxırıq. “Neftçi” ilə matçda da 3 xal qazanmağa çalışacağıq. Amma onlar da güclü rəqibdir.

Nəticəyə bəhanə gətirmək istəmirəm. Amma Ronaldo və Banqera müdafiədə əsas oyunçularımızdır. Onların yoxluğunun təsiri oldu. Geniş heyətimiz yoxdur. Üstəlik səhvlər də oldu. Banqeranın “Neftçi”yə qarşı hazır olacağını bilmirik. Ronaldo amma qayıdacaq. Çalışacağıq, müdafiədə bugünkü səhvləri etməyək”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
23
6
arena.az

10Mənbələr