AZ

ABL: “Neftçi” uduzdu, “Sabah” qalib gəldi – ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında “Gəncə” son çempion “Sabah”ı qəbul edib. Gəncə İdman Sarayında baş tutmuş qarşılaşma qonaqların qələbəsi ilə bitib – 87:73.

Digər oyun “Abşeron Lions”la “Neftçi” arasında təşkil edilib. Qarşılaşma Abşeron təmsilçisinin 107:87 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67), “Quba” “Lənkəran”ı (95:88) məğlub edib.

A qrupu: Sabah – 37. Abşeron Lions – 36. Neftçi – 28. Gəncə – 27. NTD – 20. Şəki – 20.

B qrupu: Ordu – 36. Naxçıvan – 34. Sərhədçi – 26. Sumqayıt – 26. Quba – 26. Lənkəran – 23.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
47
6
arena.az

10Mənbələr