Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İspaniya La Liqasında XXVIII turun oyunları keçirilir.Bizim.Media xəbər verir ki, "Real Madrid" doğma meydanda "Elçe" ilə qarşılaşıb. "Kral klubu" rəqibini 4:1 hesabı ilə məğlub edib.
Meydan sahibi komandanın sonuncu qolu kifayət qədər baxımlı alınıb. Türkiyəli futbolçu Arda Gülər topu meydanın özlərinə aid hissəsindən birbaşa rəqib qapısından keçirib və yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 66-ya çatdıran "Real Madrid" 2-ci pillədəki mövqeyini qoruyub. Turnir cədvəlinə 67 xalla "Barselona" başçılıq edir.
Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.