AZ

İspaniya La Liqası: "Real Madrid" inamlı qələbə qazandı -ARDA GÜLƏR FANTASTİK QOL VURDU

İspaniya La Liqasında XXVIII turun oyunları keçirilir.

 

Senzor.az bildirir ki, "Real Madrid" doğma meydanda "Elçe" ilə qarşılaşıb. "Kral klubu" rəqibini 4:1 hesabı ilə məğlub edib.

 

Meydan sahibi komandanın sonuncu qolu kifayət qədər baxımlı alınıb. Arda Gülər topu meydanın özlərinə aid hissəsindən, təxminən 70 metrlik məsafədən birbaşa rəqib qapısından keçirib və yekun hesabı müəyyənləşdirib.

 

Bu qələbədən sonra xallarını 66-ya çatdıran "Real Madrid" 2-ci pillədəki mövqeyini qoruyub. Turnir cədvəlinə 67 xalla "Barselona" başçılıq edir.



Seçilən
32
8
senzor.az

10Mənbələr