AZ

“Eşitdim ki, Müctəba Xamenei ölüb…” – Trampdan ilginc açıqlama

ABŞ Prezidenti Donald Tramp İranın yeni ali lideri Müctəba Xameneinin sağ olduğuna şübhə ilə yanaşdığını bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə o, “NBC”yə verdiyi müsahibədə danışıb.

“Xameneinin sağ olub-olmadığını bilmirəm. Hələ ki, heç kim onu ​​göstərə bilməyib. Eşitdim ki, ölüb. Əgər bu doğru deyilsə, o zaman ölkəsi üçün çox ağıllı bir şey etməlidir: təslim olmalıdır”, – deyə Tramp deyib.

Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Müctəbanın yaralandığını, lakin vəziyyətinin yaxşı olduğunu açıqlamışdı.

Xatırladaq ki, martın 12-də həmçinin İranın yeni lideri Müctəba Xamenei ilk çıxışını etmişdi. Ayətullah İsrail və ABŞ-dan qisas alacağına söz verərək, İranın hər şəhidin qanını görməzdən gəlməyəcəyini vurğulamışdı./Globalinfo.az

Seçilən
22
3
turkustan.az

4Mənbələr