ABŞ Prezidenti Donald Tramp İranın yeni ali lideri Müctəba Xameneinin sağ olduğuna şübhə ilə yanaşdığını bildirib.
Bu barədə o, “NBC”yə verdiyi müsahibədə danışıb.
“Xameneinin sağ olub-olmadığını bilmirəm. Hələ ki, heç kim onu göstərə bilməyib. Eşitdim ki, ölüb. Əgər bu doğru deyilsə, o zaman ölkəsi üçün çox ağıllı bir şey etməlidir: təslim olmalıdır”, – deyə Tramp deyib.
Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Müctəbanın yaralandığını, lakin vəziyyətinin yaxşı olduğunu açıqlamışdı.
Xatırladaq ki, martın 12-də həmçinin İranın yeni lideri Müctəba Xamenei ilk çıxışını etmişdi. Ayətullah İsrail və ABŞ-dan qisas alacağına söz verərək, İranın hər şəhidin qanını görməzdən gəlməyəcəyini vurğulamışdı.//Globalinfo