Suriyada erməni qadın amansızlıqla qətlə yetirilib.
Moderator.az xəbər verir ki, bu barədə "Arevelq" nəşri Teleqram səhifəsində məlumat yayıb. Qeyd edilib ki, ölən qadının adı Maral Xşuadjyan olub. Onun mənzilinə soxulan quldurlar qadına xeyli sayda bıçaq zərbəsi endiriblər.
"Hələbdən olan erməni təhsil işçisi imi. Maral Xşuadjyan əvvəlcə soyğunçuluğa məruz qalıb. Onu soymaq niyyəti ilə mənzilə soxulan quldurlar qadını amansızlıqla bıçaqlayaraq öldürüblər. İlkin məlumata görə, cinayətkarlar mənzildən yalnız pul oğurlayıblar. Mənbələrimizin verdiyi məlumata görə Maral Xşuadcjyan Hələbdəki Erməni Katolik Məktəbində dərs deyirmiş. Hadisə Şeyx Taha məhəlləsində baş verib. Təfərrüatlar dəqiqləşdirilir", -məlumatda yazılıb.
(publika)