Dəyişikliklər ölkənin siyasi sistemində ciddi dəyişiklikləri, o cümlədən birpalatalı parlamentə keçidi və vitse-prezident vəzifəsinin təsis olunmasını nəzərdə tutur.
Referendum ölkə üzrə 10 mindən çox seçki məntəqəsində keçirilir və saat 20:00-a qədər davam edəcək.
Qazaxıstan PrezidentiKasım-Jomart Tokayev Məktəblilər sarayında yerləşən 51 saylı seçki məntəqəsində səs verib. O, səsvermədən sonra yerli və beynəlxalq media nümayəndələri üçün brifinq keçirib. Jurnalistlərə müraciət edən dövlət başçısı referendumun ölkənin gələcək inkişafı üçün müstəsna əhəmiyyətini vurğulayıb.
“Yeni Konstitusiya ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini təsdiqləyir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya öz rolunu oynayıb. Ölkəmiz 35 il bu sənədlə yaşayıb, amma zaman keçir. Yeni Əsas Qanunun qəbul edilməsinin vaxtı gəlib çatıb. Onun hazırlanmasında mənim də fəal iştirakım olub, Konstitusiyanın preambulasının mətnini və bir sıra digər müddəaları şəxsən təklif etmişəm. Əminəm ki, yeni Əsas Qanun ölkənin və onun gələcəyinin naminə xidmət edəcək”, -deyə Tokayev bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta