AZ

Qazaxıstanda referendum: Tokayev səs verdi, vaxt çatdı dedi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiya layihəsi ilə bağlı ümumxalq referendumunda səs verib.

Globalinfo.az xəbər verir ki, o, səsvermədən sonra yerli və beynəlxalq media nümayəndələri üçün brifinq keçirib.

“Yeni Konstitusiya ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini təsdiqləyir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya öz rolunu oynayıb. Ölkəmiz 35 il bu sənədlə yaşayıb, amma zaman keçir.

Yeni Əsas Qanunun qəbul edilməsinin vaxtı gəlib çatıb. Onun hazırlanmasında mənim də fəal iştirakım olub, Konstitusiyanın preambulasının mətnini və bir sıra digər müddəaları şəxsən təklif etmişəm. Əminəm ki, yeni Əsas Qanun ölkənin və onun gələcəyinin naminə xidmət edəcək”, -deyə Tokayev bildirib.

Qeyd edək ki, referendum ölkə üzrə 10 mindən çox seçki məntəqəsində keçirilir və saat 20:00-a qədər davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
12
globalinfo.az

10Mənbələr