AZ

ABŞ ən müasir avidaşıcısını Yaxın Şərqə gönfərir

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Tripoli (LHA-7) desant gəmisi və onunla birlikdə hərəkət edən dəniz piyadaları qrupunun Yaxın Şərq istiqamətinə doğru irəlilədiyi bildirilir.

Peyk görüntülərinə əsasən, martın 14-də çəkilmiş kadrlarda ABŞ-ın “America” sinfinə aid universal desant gəmisi USS Tripoli və onun göyərtəsində yerləşdirilmiş təxminən 2500 dəniz piyadası görünür.

USS Tripoli ABŞ-ın ən müasir universal desant gəmilərindən biridir. Gəmi 2020-ci ildə istismara verilib və 2025-ci ildən etibarən Yaponiyanın Sasebo şəhərində yerləşən ABŞ hərbi-dəniz bazasında xidmət edir.

Bu tip gəmilər həm amfibiya əməliyyatları, həm də hava zərbələri üçün istifadə oluna bilir. USS Tripoli gücləndirilmiş aviasiya imkanları sayəsində göyərtəsində 20-dən çox qısa zolaqdan qalxıb-enə bilən "F-35B" qırıcı təyyarəsini yerləşdirə bilir. Məhz bu xüsusiyyətinə görə gəmi hərbi dairələrdə bəzən “ildırımvari aviadaşıyıcı” kimi də adlandırılır.

Hərbi ekspertlərin fikrincə, belə gəmilərin Yaxın Şərqə doğru hərəkəti ABŞ-ın regionda mümkün gərginliklər fonunda hərbi mövcudluğunu gücləndirmək niyyətindən xəbər verə bilər. ABŞ donanmasının bu tip zərbə qrupları qısa müddətdə hava və desant əməliyyatları həyata keçirmək imkanına malikdir.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
azpolitika.info

2Mənbələr