ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Tripoli (LHA-7) desant gəmisi və onunla birlikdə hərəkət edən dəniz piyadaları qrupunun Yaxın Şərq istiqamətinə doğru irəlilədiyi bildirilir.
Peyk görüntülərinə əsasən, martın 14-də çəkilmiş kadrlarda ABŞ-ın “America” sinfinə aid universal desant gəmisi USS Tripoli və onun göyərtəsində yerləşdirilmiş təxminən 2500 dəniz piyadası görünür.
USS Tripoli ABŞ-ın ən müasir universal desant gəmilərindən biridir. Gəmi 2020-ci ildə istismara verilib və 2025-ci ildən etibarən Yaponiyanın Sasebo şəhərində yerləşən ABŞ hərbi-dəniz bazasında xidmət edir.
Bu tip gəmilər həm amfibiya əməliyyatları, həm də hava zərbələri üçün istifadə oluna bilir. USS Tripoli gücləndirilmiş aviasiya imkanları sayəsində göyərtəsində 20-dən çox qısa zolaqdan qalxıb-enə bilən “F-35B” qırıcı təyyarəsini yerləşdirə bilir. Məhz bu xüsusiyyətinə görə gəmi hərbi dairələrdə bəzən “ildırımvari aviadaşıyıcı” kimi də adlandırılır.
Hərbi ekspertlərin fikrincə, belə gəmilərin Yaxın Şərqə doğru hərəkəti ABŞ-ın regionda mümkün gərginliklər fonunda hərbi mövcudluğunu gücləndirmək niyyətindən xəbər verə bilər. ABŞ donanmasının bu tip zərbə qrupları qısa müddətdə hava və desant əməliyyatları həyata keçirmək imkanına malikdir.