AZ

Rusiyada daha bir istirahət günü OLACAQ

Ajans.az xəbər verir ki, bu təşəbbüslə “Sorok Sorokov” insan haqları mərkəzinin sədri Georgi Soldatov çıxış edib. Onun sözlərini “Abzats” nəşri sitat gətirib. Soldatov bildirib ki, Müqəddəs Cümənin qeyd olunması ənənəsi dünyanın 100-dən çox ölkəsində mövcuddur. Onun sözlərinə görə, bu gün əsasən katolik və protestantların dini əksəriyyət təşkil etdiyi ölkələrdə qeyd olunur. Hətta dünyəvi dövlətlərdə belə həmin günə hörmətlə yanaşıldığını vurğulayıb. Fəal qeyd edib ki, Müqəddəs Cümə pravoslav xristianlar üçün də böyük dini əhəmiyyət daşıyır. Buna görə də həmin günün rəsmi istirahət günü elan edilməsi dini ənənələrə hörmət göstərilməsi ilə yanaşı, insanların ailələri ilə daha çox vaxt keçirməsinə imkan yarada bilər. Qeyd edək ki, Müqəddəs Cümə – Böyük Orucun son həftəsində, Pasxa bayramından əvvəl qeyd olunur. Pravoslav ənənəsində bu günün tarixi Pasxanın vaxtından asılı olaraq hər il dəyişir. Məsələn, 2026-cı ildə Pasxa 10 aprel tarixində qeyd olunacaq.

 

Seçilən
41
33
Ajans.az

10Mənbələr