AZ

İlber Ortaylı ilə vida mərasimi keçirilir

Bu gün türkiyəli tarixçi İlber Ortaylı ilə vida mərasimi keçirilir.

Far.Az xəbər verir ki, onun vida mərasimi Qalatasaray Universitetində keçirilir. Mərasimdə tarixçinin ailə üzvləri, yaxınları, bir sıra tanınmış ictimai xadimlər yer alıb.

Onlar arasında İlber Ortaylının ən yaxın dostu, geoloq Celal Şengör o cümlədən CHP sədri Özgür Özel və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və başqaları var.

Tarixçi Fatih Camii qəbiristanlığında torpağa tapşırılacaq.

Məlumat üçün bildirək ki, 78 yaşlı İlber Ortaylı martın 13-ündə vəfat edib.

Seçilən
33
18
far.az

10Mənbələr