Professor İlber Ortaylının vəfatından sonra Qalatasaray Universitetində keçirilən vida mərasimində akademiklər və tələbələr bir araya gəlib. Lakin mərasim zamanı professor Celal Şengörlə "selfie" çəkdirmək üçün növbəyə duranların görüntüləri böyük narazılığa səbəb olub.
Milli.Az xəbər verir ki, vida mərasimi davam edərkən bəzi iştirakçıların yas ab-havasına məhəl qoymadan professor Celal Şengörlə şəkil çəkdirmək üçün növbəyə durması kameralara əks olunub. Cənazə mərasimində nümayiş etdirilən bu davranış sosial mediada tənqid atəşinə tutulub.
Qeyd edək ki, Türkiyənin ən mühüm intellektuallarından biri sayılan tarixçi İlber Ortaylı 14 martda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.png)