AZ

Gülüstan Əliyeva efirdə AĞLADI VİDEO

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Öz aramızda" verilişinin canlı yayımında duyğusal anlar yaşanıb.

Milli.Az xəbər verir ki, veriliş zamanı studiyaya zəng edən tamaşaçı Gülüstan Əliyeva haqqında xoş sözlər səsləndirib və sənətçiyə olan hörmətini ifadə edib. Tamaşaçının səmimi fikirləri əməkdar artisti kövrəldib.

Deyilən sözlərdən təsirlənən müğənni göz yaşlarını saxlaya bilməyib. Bir müddət duyğularını gizlətməkdə çətinlik çəkən sənətçi tamaşaçıya təşəkkür edib.

Həmin anlar verilişdə duyğulu atmosfer yaradıb. Canlı yayımda yaşanan bu anlar sosial şəbəkələrdə də izləyicilərin diqqətini çəkib.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
7
news.milli.az

10Mənbələr