AZ

Əməkdar artist efirdə ağladı - VİDEO

"Öz aramızda" verilişinin canlı yayımında duyğusal anlar yaşanıb.

"Cebheinfo.az" xəbər verir ki, veriliş zamanı studiyaya zəng edən tamaşaçı Gülüstan Əliyeva haqqında xoş sözlər səsləndirib və sənətçiyə olan hörmətini ifadə edib. Tamaşaçının səmimi fikirləri əməkdar artisti kövrəldib.

Deyilən sözlərdən təsirlənən müğənni göz yaşlarını saxlaya bilməyib. Bir müddət duyğularını gizlətməkdə çətinlik çəkən sənətçi tamaşaçıya təşəkkür edib.

Həmin anlar verilişdə duyğulu atmosfer yaradıb. Canlı yayımda yaşanan bu anlar sosial şəbəkələrdə də izləyicilərin diqqətini çəkib.

"Cebheinfo.az"

Seçilən
23
7
cebheinfo.az

10Mənbələr