AZ

İsveçin İrandakı səfirliyi Bakıya köçürüldü

İsveç diplomatlarını İrandan təxliyə edib, diplomatik missiya Bakıda fəaliyyətini davam etdirir.

7Times.az-ın məlumatına görə, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard “X” hesabında yazıb.

“İranda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq, İsveçin Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyin isveçli əməkdaşlarını müvəqqəti olaraq köçürmək qərarına gəlib. Səfirlik Bakıdan işini davam etdirir. Tehranda təhlükəsizliklə bağlı vəziyyət son dərəcə qeyri-müəyyən olaraq qalır. İsveçin Xarici İşlər Nazirliyi 2022-ci ildən İrana istənilən səfərlərdən çəkinməyi tövsiyə edir və İsveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır”, – nazir qeyd edib.

 

Seçilən
32
15
7times.az

10Mənbələr