AZ

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir RƏSMİ

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsveç diplomatlarını İrandan təxliyə edib, diplomatik missiya Bakıda fəaliyyətini davam etdirir.

"Cebheinfo.az" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard "X" hesabında yazıb.

"İranda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq, İsveçin Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyin isveçli əməkdaşlarını müvəqqəti olaraq köçürmək qərarına gəlib. Səfirlik Bakıdan işini davam etdirir. Tehranda təhlükəsizliklə bağlı vəziyyət son dərəcə qeyri-müəyyən olaraq qalır. İsveçin Xarici İşlər Nazirliyi 2022-ci ildən İrana istənilən səfərlərdən çəkinməyi tövsiyə edir və İsveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır", - nazir qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
15
cebheinfo.az

10Mənbələr