AZ

5 minə yaxın abonentin qazı KƏSİLƏCƏK

Sabah saat 10:00-dan etibarən Ağdaş rayonu Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə, Əmirarx kəndlərində cəmi 4 932 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Milli.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində ortatəyziqli qaz xəttində aşkarlanmış qaz sızmasının ləğvi ilə əlaqədardır.

Qeyd edilib ki, təmir işləri başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Seçilən
36
9
milli.az

10Mənbələr