AZ

Sabah bu ərazidə 5 minə yaxın abonentin qazı kəsiləcək

Sabah Ağdaş rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə NOCOMMENT.az Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Zaqatala Regional Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsində d 530 mm-lik orta təyziqli qaz xəttində aşkarlanmış qaz sızması ləğv ediləcək.

Bununla əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə, Əmirarx kəndlərində cəmi 4932 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Seçilən
31
15
nocomment.az

10Mənbələr