Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 16 mart, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti dumanlı hava şəraiti haqqında məlumat yayıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumatda bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman müşahidə olunur.
“Ölkə ərazisində müşahidə edilən duman sinoptik şəraitlə əlaqədar atmosfer hadisəsidir. Axşam saatlarından cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəzlənməsi gözlənilir ki, bu da dumanın seyrəlməsinə səbəb olacaq”, - deyə məlumatda vurğulanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.