Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq atmosfer hadisəsidir.
Axşam saatlarından cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın seyrəlməsinə səbəb olacaq.