Delfinlər planetin ən ağıllı heyvanlarından biri hesab olunur. Onlar mürəkkəb səslərlə bir-biri ilə ünsiyyət qurur və güclü yaddaşa malikdirlər. Tədqiqatlara görə, delfinlər güzgüdə özlərini tanıya bilən nadir canlılardandır. Bundan əlavə, onlar yeni bacarıqları tez öyrənir və insanlarla ünsiyyət qurmağa meyllidirlər.Şimpanze
Şimpanzelər insanlara genetik baxımdan ən yaxın heyvanlardan sayılır. Onlar müxtəlif alətlərdən istifadə edə bilir və qida əldə etmək üçün yaradıcı üsullar tapırlar. Şimpanzelərin sosial münasibətləri də inkişaf edib və onlar qrupla birgə hərəkət etməyi bacarırlar. Fil
Fillər güclü yaddaşları ilə məşhurdur. Onlar uzun illər əvvəl gördükləri yerləri və digər həmcinslərini xatırlaya bilirlər. Bundan başqa, fillər emosional davranışları ilə də diqqət çəkir – dəstə üzvlərinə qayğı göstərir və bəzən ölən heyvanlara qarşı xüsusi həssas davranış nümayiş etdirirlər. Qarğa
Qarğalar ən ağıllı quş növü hesab olunur. Onlar qida əldə etmək üçün müxtəlif üsullardan istifadə edir və bəzən alətlər hazırlaya bilirlər. Araşdırmalar göstərir ki, qarğalar insan üzlərini yadda saxlayır və təhlükə yaradan şəxsləri tanıya bilir. Ahtapot
Ahtapotlar dəniz canlıları arasında ən ağıllı varlıqlardan biridir. Onlar mürəkkəb problemləri həll edə, qapaqlı qabları aça və müxtəlif vəziyyətlərə uyğun davranış nümayiş etdirə, ən əsası isə çevik rekasiya verə bilirlər. Bundan əlavə, ahtapotların kamuflyaj qabiliyyəti onların yüksək adaptasiya bacarığını göstərir.