AZ

Ağdamda köçürülən sakinlər üçün bayram konserti təşkil olunub (FOTO)

Ağdam. Trend:

İşğaldan azad edilən Ağdam şəhərində köçürülən sakinlər üçünbayram konserti təşkil olunub.

Trend-in Qarabağ bürosu xəbərverir ki, Beynəlxalq Muğam Mərkəzi nəzdində fəaliyyət göstərənƏməkdar kollektiv – Səid Rüstəmov adına Xalq Çalğı AlətləriOrkestri Ağdam şəhərində konsert proqramı ilə çıxış edib.

Ağdam Muğam Mərkəzində keçirilən tədbir AzərbaycanRespublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığıilə həyata keçirilən, paytaxt və regionları əhatə edəngenişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində baş tutub.

Bayram konserti işğaldan azad olunmuş Ağdam şəhərinə köçürülənsakinlər üçün təşkil edilib və tədbirdə şəhər sakinləri iştirakediblər.

Konsert proqramında orkestr Mustafa Aşurovun dirijorluğu iləçıxış edib. Tamaşaçılara Azərbaycan bəstəkarlarının məşhurəsərləri, eləcə də sevilən xalq mahnıları təqdim olunub.

Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Məqalədə:
Seçilən
38
2
az.trend.az

5Mənbələr