AZ

Ağdam şəhərinin sakinləri üçün bayram konserti keçirilib

İşğaldan azad edilmiş Ağdam şəhərində sakinlər üçün bayram konserti təşkil olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, konsert Ağdam Muğam Mərkəzində baş tutub. Tədbirdə Beynəlxalq Muğam Mərkəzi nəzdində fəaliyyət göstərən Əməkdar kollektiv – Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri çıxış edib.
Tədbir Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən, paytaxt və regionları əhatə edən mədəni qastrol proqramı çərçivəsində təşkil olunub.
Konsertdə orkestr dirijor Mustafa Aşurovun rəhbərliyi ilə çıxış edib, tamaşaçılara Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları təqdim olunub.

Ağdam Ağdam Ağdam Ağdam Ağdam Ağdam
Seçilən
28
2
apa.az

5Mənbələr