AZ

Bakıda faciəvi hadisə: 8 ci sinif şagirdi...

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə hadisə baş verib.Demokrat.az KONKRET.az-a istinadən xəbər verir ki, məktəbin 8 “E” sinif şagirdi Yusif adlı məktəbli dərs vaxtı məktəbdən yayınmaq istəyərkən təhlükəli addım atıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb.Hadisədən dərhal sonra şagirdə ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilib.Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri və təfərrüatları hələlik açıqlanmayıb.Qeyd edək ki, məktəbin direktoru Gülər Bəbirovadır. Əldə etdiyimiz məlumata görə, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Azər Allahverdiyev, Vüqar Ağamirzəyev və Şəbnəm Xəlilova hadisə zamanı məktəbdə olmayıb. Həmçinin dərs vaxtı fənn müəlliminin sinif otağında olmadığı bildirilir.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
4
demokrat.az

6Mənbələr