Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə hadisə baş verib.
Busaat.az KONKRET.az-a istinadən xəbər verir ki, məktəbin 8 “E” sinif şagirdi məktəbli dərs vaxtı məktəbdən yayınmaq istəyərkən təhlükəli addım atıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisədən dərhal sonra şagirdə ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri və təfərrüatları hələlik açıqlanmayıb.
Qeyd edək ki, məktəbin direktoru Gülər Bəbirovadır. Əldə etdiyimiz məlumata görə, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Azər Allahverdiyev, Vüqar Ağamirzəyev və Şəbnəm Xəlilova hadisə zamanı məktəbdə olmayıb. Həmçinin dərs vaxtı fənn müəlliminin sinif otağında olmadığı bildirilir.