AZ

Azad Mustafayev vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Azad Mustafayev vəzifəsindən azad edilib.

Ucnoqta.az APA-Economics-ə istinadla xəbər verir ki, onun yerinə Namiq Yusubov qurumun baş mühəndisi təyin olunub.

N.Yusubov bundan öncə Metropolitendə istehsalat texniki şöbəsinin rəisi vəzifəsini tutub.

A.Mustafayev isə 2019-cu ildə “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovun əmri ilə qurumda istismar üzrə baş mühəndisin müavini kimi fəaliyyətə başlayıb. 2023-cü ildə isə QSC-nin istismar üzrə baş mühəndisi təyin edilib.

Seçilən
5
20
ucnoqta.az

10Mənbələr