AZ

Bakı metrosunun baş mühəndisi işdən çıxarıldı – YENİ TƏYİNAT

“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Azad Mustafayev vəzifəsindən azad edilib.

Bizim.Media “Apa.az”a istinadən xəbər verir ki, onun yerinə Namiq Yusubov qurumun baş mühəndisi təyin olunub.
 

Qeyd edək ki, N.Yusubov bundan öncə metropolitendə İstehsalat texniki şöbəsinin rəisi vəzifəsini tutub.


A.Mustafayev isə 2019-cu ildə “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovun Əmri ilə qurumda istismar üzrə baş mühəndisin müavini kimi fəaliyyətə başlayıb. 2023-cü ildə isə QSC-nin istismar üzrə baş mühəndisi təyin edilib.

Bizim.Media

Seçilən
21
20
bizim.media

10Mənbələr