AZ

Dövlət satınalmalarında şəffaflığın gücləndirilməsi təklif edilir



"Müzakirə etdiyimiz qanun layihəsi dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi baxımından vacib dəyişiklikdir. Son illər bu sahədə islahatların dərinləşməsi büdcə vəsaitlərindən istifadədə səmərəlilik və şəffaflığın güclənməsinə səbəb olub".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycanda süni intelektdən daha yaxında istifadə hazırda iqtisadi siyasətin prioritet istiqamətlərindəndir: "Bu gün müzakirə etdiyimiz qanun layihəsinin konseptual istiqamətlərinə uyğun olaraq, dövlət satınalmalarında süni intellekt imkanlarından istifadə edilməsi şəffaflığın daha da artırılmasına xidmət edərdi. Həm tender nəticələrinin qiymətləndirilməsində, həm də ehtimal olunan qiymətin hesablanması mexanizminin təkmilləşdirilməsində süni intelektdən istifadə məqsədəuyğun olardı. Hesablama Palatasının məlumatına əsasən, rəqabətli satınalmaların 43,1 faizində müqavilə məbləği ehtimal olunan qiymətdən 20 % və daha çox fərqlənib. Ehtimal olunan qiymətlə müqavilə dəyəri arasında fərqin böyük olması isə dövlət satınalmalarında səmərəliliyin və şəffaflığın daha da gücləndirilməsi məsələlərini aktuallaşdırır. Süni intelektdən istifadə həm tender qərarlarının qəbulunda kənar intervensiyaların və eləcə də subyektiv mülahizələrin minimumlaşdırılmasında, həm də ehtimal olunan qiymət ilə müqavilə qiyməti arasındakı fərqin azalmasına və dövlət vəsaitlərindən daha səmərəli istifadəyə imkan yarada bilər.

Müzakirə etdiyimiz qanun layihəsində təyinatı üzrə istifadə məsələlərinə dövlətə məxsus hüquqi şəxslərin vəsaitindən istifadə də əlavə edilir. Daha yaxşı olardı ki, Cinayət Məcəlləsinin 308-1-ci maddəyə publik hüquqi şəxslərə ayrılan vəsait də əlavə edilsin. 2025-ci ildə publik hüquqi şəxslərə 1 milyard 163 milyon manat ayrılması nəzərdə tutulub, bu il isə 895,2 milyon manat ayırlacağı gözlənilir. Göründüyü kimi, söhbət kifayət qədər böyük rəqəmlərdən gedir. Bu baxımdan, publik hüquqi şəxslərin dövlət vəsaitlərindən istifadədə səmərəlilik və şəffaflığın gücləndirilməsi fiskal baxımdan da xüsusi əhəmiyyət daşıyır".

aia.az



Seçilən
7
5
aia.az

7Mənbələr