AZ

Tenderlərdə süni intellektdən istifadə edilməsi təklif olunur

Bakı. Trend:

Rəqəmsallaşma sadəcə müxtəlif dövlət proqramları üzrə nəzarətingücləndirilməsini deyil, eləcə də dövlət satınalamları daxilolmaqla büdcə vəsaitlərindən istifadə qərarların elektronlaşmasınaimkan yaradır.

Trend xəbərverir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsininüzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında CinayətMəcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsininmüzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda süni intelektdən dahayaxından istifadə hazırda iqtisadi siyasətin prioritetistiqamətlərindəndir:

“Bu gün müzakirə etdiyimiz qanun layihəsinin konseptualistiqamətlərinə uyğun olaraq dövlət satınalmalarında süni intellektimkanlarından istifadə edilməsi şəffaflığın daha da artırılmasınaxidmət edərdi. Həm tender nəticələrinin qiymətləndirilməsində, həmdə ehtimal olunan qiymətin hesablanması mexanizminintəkmilləşdirilməsində süni intelektdən istifadə məqsədəuyğunolardı”.

Deputat xatırladıb ki, Hesablama Palatasının məlumatına əsasən,rəqabətli satınalmaların 43,1 faizində müqavilə məbləği ehtimalolunan qiymətdən 20 % və daha çox fərqlənib:

“Ehtimal olunan qiymətlə müqavilə dəyəri arasında fərqin böyükolması isə dövlət satınalmalarında səmərəliliyin və şəffaflığındaha da gücləndirilməsi məsələlərini aktuallaşdırır. Süniintelektdən istifadə həm tender qərarlarının qəbulunda kənarintervensiyaların və eləcə də subyektiv mülahizələrinminimumlaşdırılmasında, həm də ehtimal olunan qiymət ilə müqaviləqiyməti arasındakı fərqin azalmasına və dövlət vəsaitlərindən dahasəmərəli istifadəyə imkan yarada bilər”.

V.Bayramov əlavə edib ki, qanun layihəsində təyinatı üzrəistifadə məsələlərinə dövlətə məxsus hüquqi şəxslərin vəsaitindənistifadə də əlavə edilir.

“Daha yaxşı olardı ki, Cinayət Məcəlləsinin 308-1-ci maddəyəpublik hüquqi şəxslərə ayrılan vəsait də əlavə edilsin. 2025-ciildə publik hüquqi şəxslərə 1 milyard 163 milyon manat ayrılmasınəzərdə tutulub, bu il isə 895,2 milyon manat ayırlacağıgözlənilir. Göründüyü kimi, söhbət kifayət qədər böyük rəqəmlərdəngedir. Bu baxımdan, publik hüquqi şəxslərin dövlət vəsaitlərindənistifadədə səmərəlilik və şəffaflığın gücləndirilməsi fiskalbaxımdan da xüsusi əhəmiyyət daşıyır”, - deyə o fikriniyekunlaşdırıb.

Məqalədə:
Seçilən
22
5
az.trend.az

7Mənbələr