AZ

Bakı Şəhər üzrə Təhsil İdarəsindən məktəbdə baş verən hadisə ilə bağlı AÇIQLAMA

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə baş verən hadisə ilə bağlı araşdırma aparılır.

 

Bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb.

 

233 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) ötən gün dərsdən qaçmaq istəyərkən təhsil müəssisəsinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb.

 

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

 

Hadisə ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

Tarix: 18 Mart 2026, 09:38   
Seçilən
55
9
pravda.az

10Mənbələr