AZ

Bakıda məktəbdə baş verən hadisə ilə bağlı araşdırma aparılır

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb:

"233 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) ötən gün dərsdən qaçmaq istəyərkən təhsil müəssisəsinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb
Hadisə ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır", - məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün sözügedən məktəbin 8-ci sinif şagirdi dərsdən qaçmaq istəyərkən məktəbin ikinci mərtəbəsinin pəncərəsindən həyətə tullanıb, nəticədə o müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Seçilən
57
9
7news.az

10Mənbələr