Bu ilin yanvar və fevral ayları ərzində 893 kiloqram 456.646 qram narkotik vasitə və və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Məlumatda bildirilib ki, həmin maddələrin ümumilikdə dəyəri 47 milyon 855 min manat qiymətləndirilir.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 780 kq 896 kq 713 qram və 300 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 532 kq 668.1 qramını marixuana, 99 kq 71.146 qramını heroin, 32 kq 65.49 qramını tiryək, 41 kq 67.14 qramını həşiş, 6 kq 279.1 qramını digər narkotik vasitələr və 69 kq 745.737 qramını psixotrop maddələr təşkil edib.