AZ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında Çanaqqala şəhidlərinə dair paylaşım edilib.

Qaziler.az xəbər verir ki, paylaşımda deyilir:

"18 Mart – Çanaqqala Zəfəri Günüdür. Çanaqqala müharibəsində böyük fədakarlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. Onların göstərdiyi şücaət və birlik ruhu Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinin sarsılmaz təməlini təşkil edir. Ruhları şad olsun".

Qeyd edək ki, martın 18-i Birinci Dünya müharibəsinin ən qanlı hərbi əməliyyatlarından biri olan Çanaqqala döyüşlərinin anım günüdür. Bu gün tarixin ağrılı olduğu qədər də şərəfli günlərindən sayılan Çanaqqala Dəniz Zəfərindən 111 il keçir. Hər il bu gün Türkiyədə Çanaqqala Dəniz Zəfəri və 18 Mart - Şəhidləri Anma Günü kimi yad edilir. Bu döyüşlərdə Osmanlı Ordusu 250 min şəhid versə də, Çanaqqala boğazının keçilməz olduğunu düşmənə sübut edib.

Seçilən
33
10
qaziler.az

10Mənbələr