Azərbaycan Xarici İşlər Nazirliyi Çanaqqala şəhidlərinin xatirəsini anıb.

Leqal.info xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

“18 Mart – Çanaqqala Zəfəri Günüdür. Çanaqqala müharibəsində böyük fədakarlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. Onların göstərdiyi şücaət və birlik ruhu Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinin sarsılmaz təməlini təşkil edir. Ruhları şad olsun!”, - paylaşımda qeyd edilib.

Leqal.info