AZ

MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb

Mərkəzi Seçki Komissiyası sədrinin aylıq vəzifə maaşı 3 060 manatdan 12 000 manata artırılıb.

Prezident İlham Əliyev bununla bağlı Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamında dəyişiklik edib.

Həmçinin Milli Məclisinin sədri Sahibə Qafarovanın aylıq vəzifə maaşı 3 550 manatdan 17 000 manata yüksəldilib. Milli Məclis sədrinin birinci müavini 16 000 manat, Milli Məclis sədrinin müavini 15 000 manat, Milli Məclisin komitə və komissiya sədri 13 000 manat, Milli Məclisin komissiya və komitə sədrinin müavini 11 500 manat, Milli Məclisin deputatı 9 000 manat məbləğində aylıq vəzifə maaşı alacaq.

Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

MənbəREPORT
Seçilən
45
9
banker.az

10Mənbələr