AZ

MSK sədri, Baş prokuror və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb

Mərkəzi Seçki Komissiyası sədrinin aylıq vəzifə maaşı 3 060 manatdan 12 000 manata artırılıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamında dəyişiklik edib.

Bundan başqa, "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında edilən dəyişikliklə Baş prokurorun aylıq vəzifə maaşı 3 260 manatdan 13 750 manata qaldırılıb.

Həmçinin Baş prokurorun birinci müavininin aylıq vəzifə maaşı 12 650 manat, Baş prokurorun müavininin aylıq vəzifə maaşı 12 100 manat müəyyən edilib.

Eyni zamanda Milli Məclisinin sədri Sahibə Qafarovanın aylıq vəzifə maaşı 3 550 manatdan 17 000 manata yüksəldilib. Milli Məclis sədrinin birinci müavini 16 000 manat, Milli Məclis sədrinin müavini 15 000 manat, Milli Məclisin komitə və komissiya sədri 13 000 manat, Milli Məclisin komissiya və komitə sədrinin müavini 11 500 manat, Milli Məclisin deputatı 9 000 manat məbləğində aylıq vəzifə maaşı alacaq.

Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Seçilən
48
11
far.az

10Mənbələr