AZ

"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq

"Neftçi" Misli Premyer Liqasının 25-ci turunda qarşılaşacağı “İmişli” ilə matçın hazırlığı başa çatıb.

Sportal.az xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Müdafiəçi Elvin Bədəlov cəzalı olduğu üçün bu görüşü buraxacaq.

Qeyd edək ki, martın 20-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “İmişli” matçı saat 19:15-də başlanacaq.

saytlarin hazirlanmasi

Seçilən
13
3
sportal.az

10Mənbələr