"Neftçi" Misli Premyer Liqasının 25-ci turu çərçivəsində “İmişli” ilə baş tutacaq matçın hazırlığını yekunlaşdırıb.
Bakıvaxtı.az xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyundan öncə son məşqə çıxıblar.
Klubun müdafiəçisi Elvin Bədəlov cəzalı olduğu üçün bu görüşü buraxacaq.
Qeyd edək ki, martın 20-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” - “İmişli” matçı saat 19:15-də start götürəcək.