AZ

Səudiyyə Ərəbistanından neftin qiyməti ilə bağlı ŞOK XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanı rəhbərliyi İranla davam edən müharibə fonunda dünya bazarında neftin qiymətinin bir barel üçün 180 dolları keçə biləcəyini proqnozlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə nüfuzlu "Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb.

Əsas ssenariyə görə, neft tədarükündəki fasilələr aprel ayının sonuna qədər davam edərsə, qiymətlərdə kəskin artım qaçılmaz olacaq.

Analitiklər hətta 2026-cı ildə qiymətlərin 200 dollara çatacağını istisna etmirlər.

Ekspertlər xəbərdarlıq edirlər ki, belə yüksək qiymətlər qlobal miqyasda tələbatın azalmasına və ciddi iqtisadi tənəzzülə yol aça bilər.

Hazırda bazarda yaxın bir ay ərzində "Brent" markalı neftin 130–150 dollara yüksələcəyinə dair mərclər artır və treyderlərin böyük əksəriyyəti daha kəskin sıçrayış gözləyir.

Musavat.com

Seçilən
8
50
musavat.com

10Mənbələr