AZ

Türkiyədə avtobus qəzası: iki nəfər ölüb, 19-u yaralanıb

Ramazan bayramının ilk günü Türkiyənin Adana vilayətində sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, ilkin məlumata görə, avtobus Kozan rayonunda aşıb.

Nəticədə 2 sərnişin ölüb, daha 19 nəfər yaralanıb.

Yaralılar dövlət xəstəxanasına çatdırılıb. Faciəvi hadisənin səbəbləri araşdırılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl vətəndaşları yollarda diqqətli olmağa çağırıb: “Bayram sevincinə kölgə sala biləcək səhvlərə yol verməyin”.

Seçilən
97
6
xezerxeber.az

10Mənbələr