AZ

Türkiyədə ağır qəza – Ərdoğan da çağırış etdi

Ramazan bayramının ilk günü Türkiyənin Adana vilayətində sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, ilkin məlumata görə, avtobus Kozan rayonunda aşıb. Nəticədə 2 sərnişin ölüb, daha 19 nəfər yaralanıb.

Yaralılar dövlət xəstəxanasına çatdırılıb. Faciəvi hadisənin səbəbləri araşdırılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl vətəndaşları yollarda diqqətli olmağa çağırıb:

“Bayram sevincinə kölgə sala biləcək səhvlərə yol verməyin”.

Seçilən
98
6
konkret.az

10Mənbələr