AZ

Azər Bağırov: “Qarabağ” bizdən qat-qat üstün idi” – ARENA.AZ

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azərbaycan çempionuna qarşı mübarizə aparırdıq. Çətin olacağını bilirdik. Bu gün daha çox qaçdıq, əziyyət çəkdik və istədiyimiz qələbəni qazandıq. Əlbəttə, “Qarabağ” dominant idi, daha çox topa yiyələnmişdi. Uşaqların hər birinə təşəkkür edirəm ki, bu mübarizədən qalib çıxdıq. Bəzi situasiyalarda bəxtimiz gətirdi. Dirəkdən qayıdan top oldu. “Qarabağ” bizdən qat-qat üstün idi. Qismətdə bu gün qələbə qazanmağımız var idi.

Heç kimi fərqləndirmək istəmirəm. Qapıçı həmişə komandanın yarısıdır. Amma bu gün hər futbolçu qələbənin həzzini dadmaq istəyirdi. Hamısına “5” düşür.

Sona qədər mübarizə aparacağıq. Qarşıda çox oyun var. Milli fasilədən sonra daha çətin olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
55
6
arena.az

10Mənbələr