2025-ci ildə Azərbaycan İtaliyanın iqtisadiyyatına 125 milyon 123 min ABŞ dolları birbaşa investisiya qoyub.
Azərbaycan Mərkəzi Bankından "Unikal"a verilən məlumata görə, bu, 2024-cü illə müqayisədə 72,8 % çoxdur.
Hesabat dövründə Azərbaycanın İtaliya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 4,1 %-dən 4,9 %-ə qalxıb.
İl ərzində İtaliya isə Azərbaycan iqtisadiyyatına 21 milyon 956 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur.
Hesabat dövründə İtaliyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,1 %-dən 0,3 %-ə qalxıb.