AZ

İtaliya Azərbaycana investisiya qoyuluşunu 3 dəfədən çox artırıb

2025-ci ildə Azərbaycan İtaliyanın iqtisadiyyatına 125 milyon 123 min ABŞ dolları birbaşa investisiya qoyub.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatına görə, rəqəmlər 2024-cü illə müqayisədə 72,8 % çoxdur.

Hesabat dövründə Azərbaycanın İtaliya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 4,1 %-dən 4,9 %-ə qalxıb.

İl ərzində İtaliya isə Azərbaycan iqtisadiyyatına 21 milyon 956 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur.

Hesabat dövründə İtaliyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,1 %-dən 0,3 %-ə qalxıb.

Xatırladaq ki, ötən il Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 6 milyard 595 milyon 296 min ABŞ dolları (illik müqayisədə 6,4 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 2 milyard 528 milyon 104 min ABŞ dolları (43,4 % çox) təşkil edib.

Seçilən
44
22
missiya.az

10Mənbələr