Bakı. Trend:
2025-ci ildə Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığından Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi42,4 milyon ABŞ dolları təşkil edib.
Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cüildəki göstərici ilə müqayisədə 8,4 milyon ABŞ dolları və ya 24,8%çoxdur.
Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pulköçürmələrində Böyük Britaniyanın payı 3,6% təşkil edib.
Həmçinin 2025-ci ildə Azərbaycandan Böyük Britaniya və Şimaliİrlandiya Birləşmiş Krallığına fiziki şəxslərin pul köçürmələrininhəcmi 26,7 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəkigöstərici ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya 6% azalmademəkdir.
Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrindəBöyük Britaniyanın payı 5,3% təşkil edib.
2024-cü ildə Azərbaycandan Böyük Britaniya və Şimali İrlandiyaBirləşmiş Krallığına fiziki şəxslərin pul köçürmələrinin həcmi 28,5milyon ABŞ dolları, əks istiqamətdə isə 34 milyon ABŞ dollarıtəşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fizikişəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici iləmüqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dollarıtəşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1milyon ABŞ dolları və ya 8,7% çoxdur.