AZ

İrandan ABŞ-yə ultimatum 

İran müharibəni dayandırmaq üçün ABŞ-yə beş bənddən ibarət ultimatum irəli sürüb.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Vaşinqtondan Hörmüz boğazına nəzarət və rüsum yığmaq hüququ, gələcəkdə hücum edilməyəcəyinə dair təminat, İsrailin "Hizbullah"a zərbələrinin dayandırılması, ABŞ bazalarının Fars körfəzindən çıxarılması və Tehrana maliyyə kompensasiyasının ödənilməsini tələb edir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İran qarşısında şərt qoymuşdu: əgər 48 saat ərzində Hörmüz boğazı tamamilə açılmasa, ABŞ ölkənin elektrik stansiyalarını məhv etməyə başlayacaq.

Seçilən
16
5
ikisahil.az

7Mənbələr