Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İran müharibəni dayandırmaq üçün ABŞ-a 5 bənddən ibarət ultimatum irəli sürüb.
Turkustan.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbəsinə istinadən məlumat yayıb.
Nəşr həmin bəndlərin bunlar olduğunu bildirir:
1. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Vaşinqtondan Hörmüz boğazına nəzarət və rüsum yığmaq hüququ,
2.Gələcəkdə hücum edilməyəcəyinə dair təminat,
3.İsrailin "Hizbullah"a zərbələrinin dayandırılması,
4.ABŞ bazalarının Fars körfəzindən çıxarılması və
5. Tehrana maliyyə kompensasiyasının ödənilməsini tələb edir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İran qarşısında şərt qoymuşdu. Ağ Ev rəhbəri bildirmişdi ki, 48 saat ərzində Hörmüz boğazı tamamilə açılmasa, ABŞ ölkənin elektrik stansiyalarını məhv edəcək./publika.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.